-1 C
Baku
Sunday, December 15, 2024

Parklanma məntəqəsi və xidməti parklanma yeri anlayışları müəyyənləşir

Qanunvericiliyə parklanma məntəqəsi və xidməti parklanma yeri anlayışları daxil edilir.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, parklanma məntəqəsi avtomobil yolunun hərəkət hissəsində və ya ona bitişik hissədə nəqliyyat vasitələrinin durması üçün ayrılmış bir neçə parklanma yerinin və ya xidməti parklanma yerinin olduğu ərazidir.

Xidməti parklanma yeri xidməti zərurətlə əlaqədar dövlət orqanlarının (qurumlarının) istifadəsində olan və ya dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına məxsus olan nəqliyyat vasitələrinin durması üçün bu Qanunla müəyyən edilmiş qaydada işarələnmiş və təchiz edilmiş ödənişsiz parklanma yeridir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər