Nəqliyyat vasitələrinin parklanmasının idarəedilməsi üçün mobil tətbiq – “AzParking” bu il avqust ayının 7-dən istifadəyə veriləcək.
Bunu parklanmanın idarəedilməsi üçün mobil tətbiqin təqdimatı ilə bağlı brifinq zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyyətinin sədri Anar Rzayev bildirib.
Onun sözlərinə görə, mobil tətbiq artıq hazırdır və onun istifadəyə verilməsi 7 avqust tarixində baş tutacaq.
Anar Rzayev qeyd edib ki, vətəndaşlar mobil tətbiqi cihaza yükləyərək, qeydiyyatdan keçərək ondan istifadə edə biləcək.