10 C
Baku
Friday, December 13, 2024

Parlament Azərbaycanla Özbəkistan arasında beynəlxalq avtomobil əlaqələri ilə bağlı sazişi təsdiqləyəcək

Milli Məclis Azərbaycanla Özbəkistan arasında beynəlxalq avtomobil əlaqələri ilə bağlı sazişi təsdiqləyəcək.

Bununla bağlı məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Toplantıda deputatlar “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini müzakirə edəcəklər.

Müzakirələrdən sonra sənədin parlamentin plenar iclasına tövsiyə olunması gözlənilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər