İtaliyada parlament seçkiləri sentyabrın 25-də keçiriləcək.
Bu barədə İtaliya televiziyası ölkənin Nazirlər Şuraşına istinadən bildirib.
“Prezident Sercio Mattarella parlamenti buraxıb, İtaliyada səsvermə sentyabrın 25-də keçiriləcək”, – deyə RAİ telekanalı deyib.
Qeyd olunub ki, həmin vaxta qədər baş nazir Mario Draqi hökumətin başçısı vəzifəsini icra edəcək.
Qeyd edək ki, iyulun 21-də S.Mattarella İtaliyanın baş naziri Mario Draqinin istefasını qəbul edib.