6 C
Baku
Saturday, December 14, 2024

Parlamentdə Naxçıvana gediş-gəlişin bərpa edilməsi təklif olunub

“Biz xalqı bütün viruslardan və zərərvericilərdən qorumalıyıq”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında gündəliyin müzakirəsi zamanı millət vəkili Musa Quliyev deyib.

Musa Quliyev bildirib ki, həmkarı Siyavuş Novruzovun fikirləri ilə razıdır:

“Azərbaycan koronavirusla mübarizədə ən az itki vermiş ölkələr sırasındadır. Vətəndaşların sağlamlığı, sosial müdafiəsi, iqtisadiyyatın qorunması məqsədilə büdcədən vəsait ayrılıb. Koronavirusla mübarizə fonduna da kifayət qədər çox məbləğ yığılıb. Prezident İlham Əliyevin irəli sürdüyü “Biz birlikdə güclüyük” şüarı bu günün və gələcəyin himninə çevrildi”.

Millət vəkili Fazil Mustafa isə bildirib ki, Naxçıvana gediş-gəlişlə bağlı məsələ ciddi problemə çevrilib:

“Bu gün pis vəziyyətdə qalan insanlar var. Ona görə təklif edirəm ki, təcili şəkildə 3-4 gün ərzində Naxçıvana gediş-gəliş təmin olunsun. Bir neçə gündən sonra təyyarə reyslərinin sayı azaldılsın. Naxçıvanla əlaqələrin tamamilə kəsilməsi gələcəkdə ciddi problemə çevrilə bilər. Digər tərəfdən ensklopediya sahəsində bizim problemlərimiz qalmaqdadır. Bu sahəyə çox naşı münasibət var. Bu sahədə nizam yaradılması çox vacibdir”.

Millət vəkili Elman Nəsirov qeyd edib ki, ABŞ-da əyləşib antiazərbaycan fəaliyyəti göstərən sapı bizdən olan baltalar var:

“Ancaq ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentini Müstəqillik günü münasibətilə təbrik etdi. Təbrik məktubunda ilk cümlə Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı idi. Azərbaycanda gedən islahatlar kursu okeanın o tayında da diqqətlə izlənilir. Donald Trampın məktubunda da bu ifadələrə yer verilməsi təsadüfi deyil”.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər