3 C
Baku
Saturday, December 14, 2024

Partizan marketinqi nədir?

Partizan marketinqi (ing. guerrilla marketing) – heç bir pul vəsaiti yatırmadan yeni müştərilərin cəlb edilməsinə, məhsulun və yaxud hər hansı bir xidmətin irəli çəkilməsinə, tanıdılmasına, gəlirin artırılmasına imkan verən az büdcəli reklam və marketinq üsuludur. Bu səbəbdən də partizan marketinqini həmçinin “az büdcəli marketinq” və yaxud “az xərcli marketinq” adlandırırlar.

 “Partizan marketinqi” anlayışını nəzəri bazaya ilk dəfə amerikalı reklamçı Jay Conrad Levinson daxil etmişdir. “Leo Bernett” reklam agentliyinin direktoru olan Levinson 1984-cü ildə “Partizan marketinqi” adlı kitab nəşr etdirir. Kitab kiçik biznesə və az xərcli reklam üsullarına həsr edilmişdi. O zamandan etibarən bu anlayış Levinsonun terminə “Partizan marketinqi” adını verməməsinə baxmayaraq böyük populyarlıq qazanmağa başlayır.

Levinson tərəfindən təklif edilən yanaşma özündə bahalı üsulların əvəzinə ucuz reklam daşıyıcılarını – vizit kartlarını, reklam vərəqələrini, lövhələri, bukletləri, açıqçaları və s. əks etdirirdi. Müəllif həmçinin bu üsuldan effektiv şəkildə istifadə etmək üçün bir sıra fəndlər də təklif etmişdir.

Müasir dövrümüzdə isə adətən partizan marketinqinə Levinsonun “rəsmi” siyahısına daxil olmayan üsulları da aid edirlər. Lakin buna baxmayaraq bu üsullar partizan marketinqinin bütün tələblərinə cavab verirlər. Bu üsullara misal olaraq isə “virus marketinqi”, “ambient media”, “gizli marketinq” və s. daxildir.

Hazırda isə partizan marketinqində daha çox istifadə olunan üsullara bir neçə nümunə gətirək:

Şərhlər  – məşğul olduğunuz sahə ilə bağlı internetdə, öz saytınızda, digər bloglarda gördüyünüz hər bir məlumata şərh bildirin.

Vizit kartları – partizan marketinqində ənənəvi üsuldan bir qədər fərqli şəkildə istifadə olunur. Kitabxanaya gedin, məşğul olduğunuz biznes sahəniz üzrə kitab bölməsini tapın və vizit kartlarınızı bu kitablara qoyun.

Müvəqqəti tatular – bunları müxtəlif sərgi və tədbirlərdə, insanların çox olduğu digər yerlərdə istifadə edə bilərsiniz. Bu tatular geyiminizin, avtomobilinizi, çantanızın və istədiyiniz bir yerdə ola bilər.

Kiçik təqvimlər – bu faydalı əşyadır və əgər dizaynı uğurla yerinə yetirmisinizsə onu atmayacaqlar. Əgər həmin təqvimi ofisdən asarlarsa həmin ofisi pulsuz piar-ofis hesab edə bilərsiniz.

Maşınların şüşələri – şirkətinizin saytının adını və ünvanı əks etdirən açıqçaları avtomobiliniz şüşələrinə yapışdırın. Artıq uzun tıxaclar sizin xeyrinizə olacaq.

Bundan əlavə, hazırda partizan marketinqi tərəfindən böyük populyarlıqla istifadə edilən və daha effektiv olan üsullara hər hansı bir tədbirə sponsorluq etmək, şirkətləri bayram münasibətləri təqdim edərək özünü yada salma, xeyriyyə ilə məşğul olmaq, ortaq əməkdaşlıq, qan vermə aksiyasının təşkil edilməsi və s. daxildir.

Son xəbərlər
Digər xəbərlər