Partnyorluq satışları şöbəsinin mütəxəssisi
Əsas vəzifə öhdəlikləri:
• Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlərin keçirilməsində iştirak etmək
• Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
• Mövcud partnyorlarla birbaşa əlaqələr yaratmaq və onların satışlarına nəzarət etmək;
• Müştərinin ilk müraciət anından onunla işləmək: təqdimat materialları, müşayiət məktubları və izahedici qeydləri işləyib hazırlamaq və göndərmək; ərizə formasında təqdim olunan məlumatı təhlil etmək; qiymət üzrə təkliflər hazırlamaq və müraciət edən müştəriyə təqdim etmək; müştəriyə sığorta şərtləri haqqında ətraflı məlumatların əldə edilməsində köməklik göstərmək
• Şirkətin maraqları çərçivəsində müştərilərlə danışıqlar aparmaq və müştəriləri Şirkətlə əməkdaşlıq etməyə dəvət etmək;
Namizədə tələblər
• Yaş: 21-32
• Cinsi: kişi
• Təhsil: Ali
• Dil bilikləri: Azərbaycan dili (əla) , Rus dili (əla) mütləqdir,ingilis dili (intermediate)
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
Şəxsi keyfiyyətlər
• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
• Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı: 550 AZN + rüblük motivasiya
• Şirkət tərəfindən görüşlər üçün avtomobil təqdim olunur
• Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər. Məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.