9 C
Baku
Friday, December 13, 2024

PAŞA Bank əməkdaşları müharibə zamanı zərər çəkmiş dinc əhaliyə dəstək göstərdi

®İkinci Qarabağ müharibəsi dövründə düşmənin qəddarlığından ən çox zərər çəkənlər arasında Bərdə və Tərtərin şəhər və kəndlərinin sakinləri oldu. 13 noyabr 2020-ci il tarixində PAŞA Bank əməkdaşlarının bir qrupu dəstək məqsədi ilə zərərçəkənləri ziyarət etmişdir. Görüş “Azərbaycan Qızıl Aypara Cəmiyyəti”nin Sumqayıt regional ofisinin təşkilati dəstəyi ilə baş tutmuşdur.

Evləri düşmən tərəfindən atəşə tutulması nəticəsində talan olunan, həmçinin Laçın və Kəlbəcər rayonunun kəndlərindən köçkün olan ailələrin bir çoxu Bərdə şəhərinin 8 saylı məktəbində və Ağdam rayonunun Cayırlı kəndindəki 109 saylı məktəbdə müvəqqəti olaraq məskunlaşmışdır.

Ailələrlə görüş zamanı Bankın işçiləri tərəfindən keçirilən sosial dəstək kampaniyası çərçivəsində alınan qida məhsulları, isti yorğanlar, şəxsi qulluq və gigiyena məhsulları, uşaqlar üçün oyuncaqlar təhvil verildi. Zərər çəkmiş insanlara həm maddi, həm mənəvi dəstək göstərməyi özünə borc bilən PAŞA Bank əməkdaşları ümumilikdə yüzə yaxın ailəyə yardım göstərdilər.

DM9A9180 scaled DM9A9182 scaled DM9A9181 scaled

Son xəbərlər
Digər xəbərlər