®Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın və “THY”nın eksklüziv olaraq təqdim etdiyi “PAŞA Bank Miles&Smiles” kartı ilə müştərilər ticarət və xidmət obyektlərində nağdsız ödənişlər edərək mil qazanmaq və toplanan milləri “THY” və “Star Alliance” aviaşirkətlərindən biletə çevirmək imkanı əldə edir. Bundan başqa, bankın geniş partnyor şəbəkəsindən “PAŞA Bank Miles&Smiles” kartı ilə ödəniş zamanı əlavə millər qazanmaq şansı da mövcuddur. Həmçinin, “PAŞA Bank Miles&Smiles” kartı ilə otel rezervasiyası, avtomobil icarəsi, istirahət və alış-veriş ödənişləri zamanı müxtəlif endirimlərdən faydalanmaq imkanı da təqdim olunur.

Hal-hazırda isə “PAŞA Bank” iyun ayı ərzində də müştərilərini sevindirməyə davam edir. Belə ki, “PAŞA Bank Miles&Smiles” kartını əldə edərək, ilk 3 ay ərzində minimum 1.000 AZN dövriyyə etdikdən dərhal sonra aşağıda qeyd olunan kartlar üzrə “welcome” millər qazanmaq mümkündür.
• “Visa Platinum” üzrə 5.000 mil;
• “Mastercard Black Edition” üzrə 15.000 mil.

Bir çox üstünlükləri özündə birləşdirən “PAŞA Bank Miles&Smiles” kartları ilə toplanan millərlə bir çox ölkəyə bilet əldə etmək mümkündür. Məsələn, müştərilər 15.000 mil ilə Milan, Roma, İstanbul, Praqa və əlavə bir çox şəhərə uçmaq və arzusunda olduqları səyahət imkanlarını reallaşdırmaq imkanı əldə edəcəklər. Kampaniya yalnız birdəfəlik ödənişli kartlara və Azərbaycan vətəndaşı olan ilk 1000 yeni “Miles&Smiles” müştərisinə şamil olunur.

Kartın bütün üstünlükləri ilə bağlı ətraflı məlumat üçün keçid edin: https://miles.pashabank.az/az/pashabank-miles-smiles