®PAŞA Bank ətraf mühitin qorunması istiqamətində təşəbbüslərini davam etdirir. Bank 24 apreldə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi ağacəkmə aksiyasına qoşulub.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə keçirilən aksiya Müşfiqabad qəsəbəsində baş tutub. PAŞA Bank heyətinin də qatıldığı bu aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olaraq 1 hektar sahədə 625 ədəd Eldar şamı və zeytun ağacı əkilib.
Aksiyada Mərkəzi Bankın və bir sıra qurumların nümayəndələri də iştirak edib.









