11 C
Baku
Monday, November 25, 2024

PAŞA Bank Azərbaycanın “Nağdsız ödənişlər üzrə Lider Bankı” adına layiq görülmüşdür

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank 2017-ci ilin yekunlarına görə yerli bazarda “Nağdsız ödənişlər üzrə Lider Bank” adına layiq görülmüşdür. Bu mükafat illik əsasda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Banklar Assosiasiyası ilə tərəfdaşlıqda bank seqmentinin bütün iştirakçıları arasında keçirilən müsabiqə çərçivəsində verilmişdir.

PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımovun sözlərinə görə bu mükafatın alınması dövlət tənzimləyici orqanı tərəfindən Azərbaycanda nağdsız ödənişlərin inkişaf etdirilməsində Bankın  əhəmiyyətli rolunun təsdiq edilməsinin təzahürüdür.

“Bununla yanaşı, PAŞA Bankın 2017-ci ildə əldə etdiyi nailiyyətləri 2018-2020-ci illəri əhatə edən yeni İnkişaf strategiyasının həyata keçirilməsi çərçivəsində müəyyən edilmiş məqsəd və vəzifələr ilə həmahəngdir. Növbəti 3 il ərzində biz səylərimizi biznes fəaliyyətlərimizin transformasiyasına  və rəqəmsal kanalların inkişaf etdirilməsinə yönəldəcəyik, bu isə bizə müştərilərin xidmətlə təmin edilməsinin yeni səviyyəsinə nail olmağımıza imkan verəcək”, – deyə Kazımov fikirlini tamamladı.

Qeyd edək ki, PAŞA Bankın müştərisi olan hüquqi şəxslər tərəfindən həyata keçirilən ödənişlərin və valyuta mübadiləsi əməliyyatlarının təxminən  90%-i artıq Bankın İnternet bank xidməti vasitəsilə həyata keçirilir.

Bank haqqında:

PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankı olaraq ölkə tərəfindən həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi səylərinə uyğun olaraq Azərbaycanın qeyri-neft sektorunun genişləndirilməsi üçün bu sahədə fəaliyyət göstərən korporativ müştərilərinə xidmət göstərməkdən ibarət strateji məqsədlə 2007-ci ildə təsis olunmuşdur. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 600-dən çox əməkdaş çalışır.

2011, 2012 və 2013-cü illərdə PAŞA Bank beynəlxalq maliyyə jurnalı EMEA Finance tərəfindən “Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı” mükafatına layiq görülmüşdür. 2014-cü ildə Bank World Finance Magazine tərəfindən “Azərbaycanın ən yaxşı kommersiya bankı”, “Azərbaycanın ən yaxşı bank qrupu”, “Azərbaycanın ən yaxşı fərdi bankı” mükafatları ilə təltif edilmişdir. 2016-ci ildə Bank “World Finance” jurnalı tərəfindən “Ən Yaxşı Bank Qrupu” və “Ən yaxşı Kommersiya Bankı”, Global Finance jurnalı tərəfindən isə “Azərbaycanın ən yaxşı bankı” mükafatı ilə təltif olunmuşdur. 2017-ci ildə isə PAŞA Bank Global Finance tərəfindən “Azərbaycanın ən yaxşı bankı” adına, EMEA Finance tərəfindən “Azərbaycanın ən yaxşı bankı” mükafatına, “Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə Korporativ sosial cavabdehlik” mükafatına və “Azərbaycanın ən yaxşı investisiya Bankı” mükafatlarına, Euromoney tərəfindən “Azərbaycanın ən yaxşı bankı” adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

www.pashabank.az   

Son xəbərlər
Digər xəbərlər