11 C
Baku
Monday, November 25, 2024

“Paşa Bank” bu il maliyyələşməni 10% artırmaq niyyətindədir

“Paşa Bank” ASC bu il ölkədə aqrar sektorun inkişafı ilə bağlı layihələrə əlavə 20 mln. manat civarında maliyyə vəsaiti ayırmaq niyyətindədir. Agentlik xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Paşa Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımov deyib.

T.Kazımovun sözlərinə görə, qeyd edilən layihə ötən il uğurla həyata keçirilib: “Layihə ötən il uğurla həyata keçirilib və bu il də onu davam etdirmək istəyirik. Proqramın icrasına aktiv olaraq aprel-may aylarında başlanılacaq”.

“Paşa Bank” rəsmisi deyib ki, təmsil etdiyi bank 2017-ci ildə əlavə maliyyələşmə cəlb edə bilər: “Valyuta likvidliyimiz çox yüksəkdir. Ona görə də bu il üçün xarici maliyyə institutlarından valyuta cəlb etmək planımız yoxdur. Ola bilsin ki, 2017-ci ildə bu məsələyə baxaq”.

İdarə Heyətinin sədri qeyd edib ki, “Paşa Bank” strategiyasına hər hansı dəyişiklik etmək niyyətində deyil: “Hazırda strategiyamıza dəyişikliklər etmək fikrində deyilik. Sadəcə, korporativ müştərilərə dəstəyimizi artırmağı düşünürük. Bu il üçün portfelimizi təxminən 10% civarında artırmaq niyyətindəyik”.

Report

Son xəbərlər
Digər xəbərlər