8 C
Baku
Friday, December 13, 2024

“PAŞA Bank” “Euromoney” beynəlxalq nəşri tərəfindən “Azərbaycanın ən yaxşı KOS bankı” mükafatına layiq görülüb

®Ölkənin aparıcı korporativ bankı “PAŞA Bank” nüfuzlu beynəlxalq maliyyə nəşri “Euromoney” tərəfindən “Azərbaycanın ən yaxşı KOS bankı” nominasiyasında qalib elan olunub.

Laureatların siyahısı Londonda keçirilən ənənəvi Award for Excellence – 2024 mükafatının təltifetmə mərasimində  açıqlanıb.

Ən uğurlu nailiyyətlərin qiymətləndirilməsi məqsədi ilə bank və maliyyə sektorunun mükəmməl təmsilçilərini bir araya gətirən mərasimdə, “PAŞA Bank” kiçik və orta sahibkarlıq seqmentinin inkişafına verdiyi dəstəyə görə bu mükafata layiq görülüb.

Beynəlxalq nəşr Bankın fəaliyyətini işıqlandırarkən, onun müştəriləri üçün xidmətlərini genişləndirdiyini, ödəniş təkliflərini yenilədiyini və iş əməliyyatlarının effektivliyinə fokuslandığını vurğulayıb.

2024-ci ildə “PAŞA Bank” ilə yanaşı JP Morgan, HSBC, BNP Paribas, Deutsche Bank, Societe Generale və digər aparıcı maliyyə təşkilatları da müxtəlif kateqoriyalar üzrə mükafatlandırılıblar.

Qeyd edək ki, Euromoney beynəlxalq nəşri 1967-cı ildən dərc olunur və  təxminən dünyanın 100 ölkəsində fəaliyyət göstərən bankların fəaliyyətlərini qiymətləndirir. Mükafatın təltif edilməsi haqqında qərar il ərzində  müxtəlif ölkələrdə bank sektorunun və maliyyə  təşkilatlarının fəaliyyətinin təhlili əsasında  qəbul edilir.

Son xəbərlər
Digər xəbərlər