®Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” növbəti sosial təşəbbüs ilə çıxış edib. Belə ki, Bank, 2 aprel Dünya Autizm Məlumatlandırma Günündə fərqli uşaqlardan birinin çəkdiyi rəsmi sosial media izləyiciləri ilə bölüşüb və fərqi paylaşmağa səsləyib. Bununla da Bank, autizm spektrli uşaqlarla bağlı məlumatlılığın və dəstəyin artırılmasının vacibliyini diqqət mərkəzinə çıxarıb.
Həmçinin Bank, “Birgə və sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm Mərkəzinə 10 000 manat ianə etdiyini açıqlayıb. Bank, analoji olaraq izləyiciləri də mərkəzin fəaliyyətini dəstəkləməyə çağırıb.
“Birgə və sağlam” İctimai Birliyinin fəaliyyəti ilə tanış olmaq üçün bu səhifəyə daxil olun: https://birgesaglam.az/