®Ölkənin aparıcı korporativ bankı “PAŞA Bank” güzəştli kateqoriyaya aid olan müştərilərə Yasamal Yaşayış Kompleksində mənzil əldə etmələri üçün “MİDA” ipoteka kreditini təklif edir.

Belə ki, tikintisində həyətyanı sahələrin və uşaq meydançalarının olmasına xüsusi diqqət yetirilmiş yaşayış kompleksi müasir memarlıq üslubu ilə seçilir. Bununla yanaşı, tikili özündə çoxsaylı yaşayış binalarını birləşdirir və paytaxtın əsas nəqliyyat şəbəkəsinə yaxınlığı ilə fərqlənir.

Həmçinin, kompleksin ərazisində 161 saylı tam orta məktəbin binası da inşa edilib.

“PAŞA Bank” güzəştli kateqoriyaya aid vətəndaşlarımızı növbələrdə vaxt itirmədən və sürətli şəkildə qeyd olunan binalarda mənzil sahibi olmağa dəvət edir.

Şərtlər isə olduqca sərfəli və sadədir:

– İllik faiz dərəcəsi: 4%
– İlkin ödəniş: min. 10%
– Maksimum məbləğ: 100 000 AZN
– Müddət: 3-30 ilədək

Müştərilər https://pshb.az/3s1pem4 veb-saytında asanlıqla müraciət edə biləcəklər. Daha ətraflı isə buradan tanış olmaq olar: https://pshb.az/3JFWsNN