11 C
Baku
Monday, November 25, 2024

PAŞA Bank ilk dəfə olaraq korporativ investisiya qiymətli kağızlarla REPO əməliyyatını həyata keçirdi

PAŞA Bank Azərbaycan qiymətli kağızlar bazarında ilk dəfə olaraq Bakı Fond Birjasında (BFB) PAŞA Kapital şirkəti vasitəsilə korporativ investisiya qiymətli kağızlarla REPO əməliyyatını həyata keçirmişdir. Əməliyyat zamanı REPO predmeti olaraq PAŞA Bankın market-meyker rolunu oynadığı Bakcell MMC-nin istiqrazları çıxış etmişdir.

PAŞA Bankın İdarə Heyətinin Üzvü, İnvestisiyalar üzrə Baş Direktor (CIO) Taleh Kazımovun sözlərinə görə, Azərbaycan qiymətli kağızlar bazarı uzun müddət idi ki, bu növ əqdlərin bağlanmasına hazırlaşırdı.

«Biz şadıq ki, bu əqdin baş tutmasının səbəbkarlarından olub, Azərbaycan qiymətli kağızlar bazarının aktiv iştirakçısı olduğumuzu bir daha sübut edə bildik. Bu əməliyyatın həyata keçməsi bir daha göstərir ki, yerli qiymətli kağızlar bazarı böyük potensiala malikdir və lazımi istiqamətdə inkişaf edir. İnanırıq ki, baş tutmuş əməliyyat Azərbaycan qiymətli kağızlar bazarının inkişafına öz töhfəsini vermiş olacaq. İmkandan istifadə edərək, yerli qiymətli kağızlar bazarının bütün professional iştirakçılarına göstərdikləri dəstəyə görə təşəkkür etmək istərdik», – T. Kazımov yekunlaşdırdı.

Son xəbərlər
Digər xəbərlər