12 C
Baku
Tuesday, May 7, 2024

“PAŞA Bank” “İqtisadiyyatın və Cəmiyyətin Dayanıqlı İnkişafında Qadınların Rolu” adlı beynəlxalq konfrans keçirib

Azərbaycanın aparıcı maliyyə institutu “PAŞA Bank” tərəfindən “İqtisadiyyatın və Cəmiyyətin Dayanıqlı İnkişafında Qadınların Rolu” adlı beynəlxalq konfrans keçirilib. Tədbirin tərəfdaşı qismində “Women in Tech” təşkilatı və Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının Azərbaycandakı nümayəndəlikləri çıxış edib.

8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konfransda dəvət edilmiş Milli Məclisin, İqtisadiyyat Nazirliyinin, BMT İnkişaf Proqramının (BMT İP) və BMT Qlobal Sazişinin Azərbaycandakı nümayəndəliklərinin, Dünya Bankının, “PAŞA Bank”ın və başqa qurumların təmsilçiləri Azərbaycanda gender bərabərliyinin qorunması, lider qadınların ölkəmizin dayanıqlı inkişafında rolu və bu istiqamətdə onların dəyərli töhfələrini geniş müzakirə ediblər. Tədbirdə çıxış edən beynəlxalq və yerli məruzəçilər, panel müzakirələrinin iştirakçıları Azərbaycanın və digər ölkələrin iqtisadiyyatında qadınların mövqeyi, regionda və dünyada yeni çağırışlar fonunda onların cəmiyyətin mənafeyini gücləndirən töhfələrinə dəstək mexanizmləri barədə fikir mübadiləsi aparıblar.

 

“PAŞA Bank” xanımların peşəkar bilik və karyera irəliləyişinə, eləcə də sahibkarlıq fəaliyyətində qadın və kişilərə bərabər iş imkanlarının yaradılmasına xüsusi önəm verir. BMT Qlobal Sazişinin iştirakçısı kimi, biz bir sıra layihələri müvəffəqiyyətlə həyata keçiririk. Bugünkü konfrans çərçivəsində xanım liderləri bir araya gətirməklə, “PAŞA Bank”ın məqsədi qadın sahibkarlığına və iqtisadiyyatımızın dayanıqlı inkişafına yönəlik yeni biznes imkanlarına dair geniş fikir mübadiləsi aparmaqdır”, – deyə, “PAŞA Bank”ın idarə heyəti sədrinin müavini Bəhruz Nağıyev vurğulayıb.

 

Qeyd edək ki, “PAŞA Bank” tərəfindən keçirilən beynəlxalq konfransa 100-dən artıq iştirakçı qatılıb.  Bank beynəlxalq təşkilatlar, dövlət və özəl sektor arasında dialoqu gücləndirərək, qadın sahibkarlığı və qadın liderliyinə maneələrin aradan qaldırılmasına bu kimi töhfələr verməyə davam edəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər