10 C
Baku
Thursday, December 12, 2024

“PAŞA Bank” manatın devalvasiyasından sonra problemli kreditlərin həcmində artım müşahidə etmir

2015-ci ilin fevral ayında manatın devalvasiyası “PAŞA Bank”da problemli kreditlərin həcminin artmasına səbəb olmayıb. Bu barədə bankın İdarə Heyətinin üzvü Taleh Kazımov məlumat verib.

“İndiki mərhələdə heç bir ciddi problem, o cümlədən manatın devalvasiyasına görə yaranmış problemli kreditlərin həcmində artım müşahidə etmirik”,- deyə o bildirib.

Onun sözlərinə görə, həm devalvasiyaya qədər, həm də indi xarici valyuta ilə kreditlərin xüsusi çəkisi bankın kredit portfelinin 25-31%-ni təşkil edib.

T.Kazımov deyib ki, valyuta ilə kredit götürmüş bank müştəriləri uzunmüddətli perspektivdə onlara xidmət göstərmək üçün kifayət qədər “təhlükəsizlik yastığı”na malikdirlər. “Bank qısamüddətli perspektivdə portfelin bu hissəsi üzrə güclü zərbə gözləmir”, – deyə o əlavə edib.

“Devalvasiyadan sonrakı ilk ayda bizim fəaliyyətimizdə əsas diqqət məhz belə müştərilərə yönəlmişdi. Bank əməkdaşları onların hər biri ilə görüşür, danışıqlar aparır, vəziyyəti təhlil edir, gələcəkdə onların bzinesi üçün yaranacaq mümkün problemlərlə bağlı optimal həll yolları təklif edirdilər. Bəzi hallarda biz müştərilərimizə kreditlərin təkrar strukturlaşdırılmasını, ödəniş müddətinin uzadılmasını, bəzilərinə isə əksinə, kreditin ödəniş müddətinin azaldılmasını təklif etdik ki, onlar devalvasiyanın güclü təsirini hiss etmədən gələcəkdə onlara problem yarada biləcək kreditlərdən azad ola bilsinlər. İndiki vəziyyətdə biz müştəriyə fərdi yanaşaraq ona və biznesinə ən yaxşı həll yolu təqdim etməklə uzunmüddətli məqsədlərə malikik”,- deyə T.Kazımov bildirib.

Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% – 1,05 manat/$1-a qədər ucuzlaşıb.

“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və Azərbaycanın 5 aparıcı bankından biridir. Bankın səhmdarları 2 hüquqi və 1 fiziki şəxsdir. Bank “PAŞA Holdinq”in strukturuna daxildir.

İnterfaks

Son xəbərlər
Digər xəbərlər