“PAŞA Bank” MDB-də ilkə imza atır: Artıq o metod üzərində 50 nəfərdən çox əməkdaşımız çalışır

0
Taleh Kazımov / FOTO: APA

“Artıq keçən ilin may ayından [2018-ci ilin] PAŞA Bank-da rəqəmsal laboratoriya yaradılıb. Hal-hazırda çevik metodologiya (Agile Method) 50 nəfərdən çox əməkdaşımız var. Çox maraqlıdır. Nəticələri müqayisə etsək ənənəvi bankçılıq ilə fərqlər çox böyükdür.”

Bunu “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri Taleh Kazımov “Banker.az”ın adı çəkilən metodla bağlı suala cavab olaraq qeyd edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Kazımov cari ilin sonuna qədər həmin komandaların sayını minimum 10-a çatdırmaq niyyətində olduğunu və həmin laboratoriya üzərində qoyulmuş hədəfə PAŞA Bankı rəqəmsal bank etməkdir. “Çünki, strateji hədəfimiz var ki, 2020-ci ildə müştəri banklarının 90% əməliyyatları rəqəmsal əməliyyatlarla həyata keçirsin”, deyə sədr bildirir.

Hazırda 2018-ci ilin nəticəsi olaraq bankın bütün hüquqi şəxslərinin əməliyyatları,fərdi sahibkarlar və qeyri-nağd əməliyyatlar vəsitəsi ilə həyata keçirlir.

2018-ci ilin oktyabrında satış blokunda da (bilirik ki, burada daha çox IT aid edilir) iştirak komandaları “agile method”a cəlb edilib. Bank sədri onların nəticəsinini ənənəvi bankçılıqdan 4 qat çox yaxşı olduğunu bildirir.

Bank sədri bu metod ilə nəinki, Azərbaycanda, hətta MDB-də belə bu ilk olan bank olacağını deyir: “Bu metoda keçid üçün qərar çətin deyil bizim üçün. Çünki, PAŞA Bank olaraq bu metodologiya bizə aydındır”. T. Kazımov daha çox struktu dəyişikləri deyil, sadəcə insanların yanaşmasını dəyişməyi çətin sayır. Bunun isə bankda tətbiqi üçün marafləndirməyə ehtiyac var.

“Rəqəmsallaşma işçi heyətinin kiçilməsinə səbəb ola bilərmi?” sualına isə bilə cavab verir:

“Bankın aktivlərini və müştərilərini də nəzərə alsaq işçi sayı o qədər də böyük deyil. Sadəcə həmin funksiyaları həyata keçirəcək insanlar treninq keçərək digər yerlərə yönəldiləcəklər. Sözsüz ki, artım tempinə təsir edə bilər”.

Bildirək ki, PAŞA Bank sədri az öncə press-konfransda işçi heyətinin 900-a qədər çatdırılmasını hədəflədiyini açıqlamışdı.