Azərbaycanın aparıcı korporativ Bankı – PAŞA Bank Bakıda keçirilmiş “Ticarətin maliyyələşdirilməsi” və “Maliyyə sahəsində Komplayns” adlı seminarların təşkilində tərəfdaş qismində çıxış etmişdir.
Tədbir Maliyyə və Ticarət üzrə Banklar Assosiasiyası (BAFT) tərəfindən təşkil olunmuşdur. 70-dən çox şəxsin iştirakı ilə keçirilən seminarda PAŞA Bankı İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev və Bankın Hüquq və Komplayns departamentinin baş mütəxəssisi Aynura İsmayılzadə təmsil etdilər.
Tədbir əsnasında beynəlxalq ekspertlər və iştirakçılar tərəfindən bank zəmanətlərinin təmin edilməsi, maliyyə cinayətləri ilə mübarizə, sənədli əməliyyatların təmin edilməsi və s. kimi aktual məsələlər müzakirə edilmişdir. Bununla yanaşı, risklərin idarə edilməsi, blockchain texnologiyasının inkişafı kimi sahələrində mütərəqqi meyllərə dair məlumatlar təqdim edilmiş, komplaynsa nəzarət ilə bağlı ən əlverişli təcrübələr və yerli bazarda müvafiq beynəlxalq təcrübənin tətbiqi imkanları müzakirə edilmişdir.