12 C
Baku
Friday, March 29, 2024

“PAŞA Bank” nizamnamə kapitalını yenidən artıra bilər

“PAŞA Bank” ASC bazarda mövqeyni gücləndirmək üçün yenidən kapital artımına gedə bilər.

Mövzu ilə bağlı Banker.az-ın sualına cavabında bankın İdarə Heyətinin üzvü olan Bəhruz Nağıyev bildirib.

“Hal-hazırda bunun müzakirəsi gedir”, – deyə bankir bildirir.

Nağıyev bildirir ki, hazırkı kapital Bankın biznes planına heç bir təsiri yoxdur. Lakin, aktivləri böyümüş bir bank kimi artımla bağlı arqumentlər var. Bununla bağlı 2020-ci ilə bank payçılarının hansı qərara gələcəyini bilinəcək.

Xatırladaq ki, bankın hazırda səhm kapitalının həcmi 333 mln. manatdır. Səhmlərinin 60% ölkənin maliyyə bazarına ən böyük yatırım edən “PAŞA Holdinq” MMC, 30% “Adore” şirkəti və qalan 10%-ə isə Arif Paşayev sahibdir.

 

Son xəbərlər
Digər xəbərlər