7 C
Baku
Thursday, December 12, 2024

“PAŞA Bank”: Rəqəmsallaşma xidmət keyfiyyətini artırmaqla biznesə etibarı artırır

“Rəqəmsallaşma bir strategiya deyil, çağdaş və effektiv biznes modelidir”.

Bunu bu gün Bakı şəhəri “Pullman” otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə ) “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF2018) “Paşa Bank”ın İdarə Heyətinin üzvü, Baş risk inzibatçısı Xəyalə Nağıyeva deyib.

O, “Banklarda Rəqəmsal Transformasiya Strateji hədəf və yaxud effektiv biznes modeli” ilə bağlı təqdimatla çıxış edib: “Rəqəmsallaşma bir strategiya deyil, çağdaş və effektiv biznes modelidir. Rəqəmsallaşma xarici və daxili müştərilərə yönəlmiş istifadəçi təcrübəsinin yeni tərtibatda fundamental transformasiyadır. Onun kökündə yeni texnologiyaları tətbiq edərək datanın rəqəmsala çevrilməsi durur. İnsana bağlı səhvləri minimuma endirir və xidmət keyfiyyətini artırmaqla biznesə etibarı artırır. Bu texnologiyadan çox, insan resurslarının, biznes mədəniyyətinin transformasiyasıdır”.

X.Nağıyeva rəqəmsal biznes modelidə fərqli olan 7 elementi də açıqlayıb: “Rəqəmsal biznesin təməl daşları məlumatların (Data) idarə olunması və məlumat mənşəli idarəetmə, iş axışı və biznes proseslərinin avtomatlaşdırılması və idarə olunması, yüksək səviyyəli analitik təhlil və avtomatik qərar vermə, vahid, çevik, özünə nəzarət mexanizmli infrastruktur, ağillı vizualizasiya və interfeys, xarici və daxili ekosistem, istedad və biznes mədəniyyətindən ibarətdir. Əlavə dəyər mənbəyindən aslı olaraq transformasiya katalizatorları fərqli üstünlüklərə malik ola bilər. Mövcud olan məhsullar köhnəldikcə və iş sürəti azaldıqca yeni biznes modelləri, məhsul və xidmətləri aktivləşdirmək, müştərinin cəlb edilməsi və davamlılığını, aylıq və gündəlik istifadəçi fəaliyətini artırmaq, zaman və xərcin azaldılmasını təmin edən prosesin effektivliyini təkmilləşdirmək və avtomatlaşdırmaq laızmdır. Bunun üçün məlumatlara əsaslanan qərarlar qəbul etmək və çarpaz-satış, extremal-satış imkanlar barədə müfəssəl məlumat əldə eləmək vacibdir. Əsl rəqəmsal transformasiya bu elementlərin birləşdirilməsini tələb etdiyi üçün bu katalizatorlar birləşdirilə bilər. Dördüncü miqyasli dəyişiklik üçün bütün elementləri bir yerə toplamaqdır”.

Son xəbərlər
Digər xəbərlər