13 C
Baku
Sunday, November 24, 2024

“PAŞA Bank” “ROSEKSIMBANK” ilə birgə həyata keçirilən əqdini uğurla tamamladı

®Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank iki maliyyə təşkilatı arasında bağlanmış müqavilə çərçivəsində Rusiyanın “ROSEKSIMBANK” bankından vəsaitlərin cəlb edilməsi üzrə sövdələşməni uğurla başa vurdu.

Xarici tərəfdaşdan cəlb olunan vəsait Azərbaycanın aparıcı logistika şirkətlərindən biri “Alliance Logistics” ilə Rusiyanın “RM Rail” şirkəti arasında “Ruzximmaş” ASC tərəfindən istehsal olunan 100 yük vaqonunun alınması üçün ixrac müqaviləsinin maliyyəşdirilməsinə yönəldilmişdir. “ROSEKSIMBANK”-ın iştirakı ilə belə bir sövdələşmə yerli bazarda ilk dəfə olaraq “PAŞA Bank” tərəfindən həyata keçirilir.

“PAŞA Bank”-ın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, iqtisadiyyatın real sektorunda çalışan şirkətin uğurlu maliyyələşdirilməsi Bankımızın ölkənin qeyri-neft sektorunun inkişafına dəstək verməkdə fəal mövqeyini bir daha təsdiqləyir.

“Biz əminik ki, bu layihə iki ölkənin biznes dairələri arasında idxal-ixrac əməliyyatlarının həcminin artırılmasına və növbəti iri əqdlərin bağlanmasına yeni üfüqləri açacaq. Müxtəlif biznes sahələri üzrə bir çox zəngin təcrübəyə malik olan PAŞA Bank iqtisadiyyatın real sektorunda çalışan sahibkarların fəaliyyətinə, o cümlədən xaricdəki tərəfdaşlar ilə idxal-ixrac əməliyyatlarının həyata keçirilməsinə fəal dəstək verməyə hazırdır”, – Taleh Kazımov bildirmişdir.

“Alliance Logistics” şirkətin icraçı direktoru Natiq Heydərovun sözlərinə görə xidmətlərin səmərəliliyi və keyfiyyətli göstərilməsi sayəsində PAŞA Bank həm cari sövdələşmənin, həm də digər layihələrin həyata keçirilməsində özünü etibarlı bir maliyyə tərəfdaşı kimi göstərir.

“Alliance Logistics” komandası olaraq bu layihənin bütün iştirakçılarına – “PAŞA Bank” və “ROSEKSIMBANK”, “Rusiya İxrac Kreditləri və İnvestisiyaların Sığortalanması Agentliyi” və “RM Rail” şirkətlərinə göstərilmiş yüksək keyfiyyətli dəstək və maliyyələşdirmə xidmətlərinə görə minnətdarlığımızı bildiririk” – deyə Natiq Heydərov vurğuladı.

Son xəbərlər
Digər xəbərlər