Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank “SWIFT Alliance LifeLine” servisinin istifadəsinə başlayıb. Hazırkı servisin istifadəsi məlumat mübadiləsi proseslərində, habelə “SWIFT” servisi çərçivəsində beynəlxalq miqyasda ödəniş məlumatlarının şifrələnməsində keyfiyyətinin və operativliyinin artırılmasına imkan yaradır.
PAŞA Bankın İdarə Heyətinin Sədr Müavini, Baş Əməliyyat İnzibatçısı Emil Hacıyevin sözlərinə görə, yeni servisin tətbiqi hər hansı ziddiyyət yaranmadan, Bankın “SWIFT” kanalları vasitəsilə əməliyyat proseslərini optimallaşdırmasına imkan yaradır.
“”Alliance Lifeline” servisinin istifadəsi ilə biz əlavə olaraq, beynəlxalq əməliyyatların həyata keçirilməsi üzrə xərcləri optimallaşdırmaqla yanaşı, fövqəladə hallar zamanı “SWIFT” servisi çərçivəsində yerinə yetirilən biznes proseslərinin təhlükəsizliyini gücləndirməyə nail olmuşuq. Həmçinin qeyd etmək lazımdır ki, biz müasir bankın fəaliyyəti üçün “SWIFT” kimi sistemin əhəmiyyətini nəzərə alaraq, sözügedən servisə yüksək SWIFT Premium Support səviyyədə texniki dəstək göstərmək məqsədilə müqavilə tərtib etmişik” – deyə E. Hacıyeva öz nitqini yekunlaşdırıb.