-3 C
Baku
Sunday, December 15, 2024

“PAŞA Bank” tərəfindən “Call of Data Workshop”u keçiriləcək

®Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” İT sahəsinin inkişafına töhfə verən tədbirlərin təşkil olunmasını davam etdirir.

Belə ki, Bankın təşəbbüsü ilə 16-17 iyun tarixlərində “Call of Data Workshop”u keçiriləcək. Bu praktiki proqram məlumatların təhlili, vizuallaşdırılması və tətbiqi mövzusunu əhatə edəcək. Həmçinin iştirakçılar yeni texnoloji həllər və ən son meqatrendlər haqqında məlumat əldə edə biləcək.

Tədbirin spikerləri sırasında “PAŞA Bank”ın Data elmi şöbəsinin rəhbəri İlker Kurtuluş da yer alacaq. O, “Data elmi: nəzəriyyədən tətbiqə” mövzusunda çıxış edərək, maraqlı faktlarla bölüşəcək.

Tədbirin digər spikerləri isə Ezgi Avcı və Mehmet Emre Yazgan olacaq. Onlar müvafiq olaraq “Məlumat yönümlü təşkilatlar” və “Məlumatların vizuallaşdırılması vasitələri” mövzulardan bəhs edəcəklər.

Hər üç spiker çalışdığı sahəyə dair zəngin təcrübəməyə malikdir və bu təcrübəni iştirakçılarla bölüşməyə hazırdır.

Proqram haqqında ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün bu səhifəyə daxil olun. https://data.tech.az/#portfolio

Qeyd edək ki, “PAŞA Bank”, ölkənin İT sahəsinin inkişafını dəstəkləyən müxtəlif layihələr həyata keçirib. “Rəqəmsal Zirvələr” konfransı, “DevOpsdays” və “Tech Talks” tədbirləri, ənənəvi olaraq keçirilən “PASHA Bank Cup” müsabiqəsi bu istiqamətdə keçirilən tədbirlər sırasındadır.

Son xəbərlər
Digər xəbərlər