24 C
Baku
Monday, April 29, 2024

“PAŞA Bank” tərəfindən “Rəqəmsal Zirvələr 2022” konfransı keçiriləcək

®Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” növbəti dəfə “Rəqəmsal Zirvələr” konfransını keçirəcək.

7-10 dekabr tarixlərini əhatə edəcək konfrans texnologiyalar aləminin yeniliklərini və dünya ölkələrinin ən yaxşı təcrübələrini nəzərdən keçirmək üçün sənayenin aparıcı simalarını bir araya gətirəcək.

Tədbirin spikerləri  “ProductHunt”, “DevOps”, kibertəhlükəsizlik, data və dizayn istiqamətlərini əhatə edərək, iştirakçılarla praktiki tövsiyələrini paylaşacaqlar.

Qeyd edək ki, “Rəqəmsal Zirvələr 2022” konfransı hibrid formatda keçiriləcək. Belə ki, tədbiri feysbuk sosial şəbəkəsi üzərindən canlı yayım vasitəsilə izləmək də mümkün olacaq.

Tədbirdə fiziki olaraq iştirak etmək üçün bu linkdən https://digitalheights.az qeydiyyatdan keçməyiniz xahiş olunur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər