10 C
Baku
Tuesday, November 26, 2024

“PAŞA Bank” üçüncü dəfə təşkil olunan “YAŞAT” düşərgəsinin tərəfdaşıdır

®Sosial məsuliyyətli korporativ vətəndaş olan “PAŞA Bank”, növbəti dəfə “YAŞAT” düşərgəsinin təşkil olunmasına dəstək göstərib.

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatı tərəfindən müştərək şəkildə keçirilən üçüncü “YAŞAT” düşərgəsi 16 iyul tarixindən etibarən başlayıb. Şəhid övladları üçün təşkil olunan bu düşərgədə 300-dən çox uşağın iştirakı gözlənilir.

Sentyabr ayınadək davam edəcək düşərgədə uşaqların yay tətilini səmərəli və maraqlı keçirməyi üçün əyləncəli proqramlar, konsertlər, ekskursiyalar, müxtəlif peşəkarlarla və qurum rəhbərləri ilə görüşlər təşkil olunacaq. Həmçinin uşaqlara lazımi dəstəyi göstərmək üçün peşəkar psixoloqla konsultasiyalar da keçiriləcək.

Xatırladaq ki, “PAŞA Bank”, birinci və ikinci “YAŞAT” düşərgəsinin də tərəfdaşlarından olub.

Son xəbərlər
Digər xəbərlər