6 C
Baku
Sunday, December 15, 2024

PAŞA Bank UFAZ ilə akademik və təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə dair Anlaşma Memorandumunu imzalayıb

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank 15 yanvar 2020-ci il tarixində Azərbaycan-Fransız Universitetində PAŞA Bank, UFAZ, Total E&P Absheron şirkəti və Strasburq Universiteti (Unistra) arasında akademik və təhsil sahələrində peşəkar əməkdaşlığın möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə dair Anlaşma Memorandumunun imzalanması mərasimində iştirak etdi.

Banker.az xəbər verir ki, tədbirdə iştirak edən PAŞA Bankın İdarə heyətinin sədri və Baş icraçı direktoru Taleh Kazımov öz çıxışında qeyd etdi: “Biz inanırıq ki, bugünkü proqressiv düşüncəli və iddialı hədəflərinə çatmaq üçün yorulmadan səy göstərən və üzərilərində daima çalışan tələbələr yalnız sabahın yüksək ixtisaslı mütəxəssisləri deyil, həm də Azərbaycanı inkişafa aparacaq əsas qüvvələrdir. Məhz buna görə PAŞA Bank olaraq biz gənclərin iqtisadi təhsili, təlimi və məşğulluğunun təşviqini, Azərbaycan universitetlərinin tələbələri üçün təqaüd proqramlarının maliyyələşdirilməsini, istedadlı şəxslərin tanınmasını və mükafatlandırılmasını daima dəstəkləyirik.”

PAŞA Bank, UFAZ və Strasburq Universiteti arasında imzalanan Memorandum cəmiyyətin inkişafına daha da böyük dəyər qatacaq və uğurlu əməkdaşlıq nəticəsində tərəflərə qarşılıqlı fayda gətirəcəkdir.

Son xəbərlər
Digər xəbərlər