Bəhruz Nağıyev “Paşa Kapital İnvestisiya şirkəti” QSC-nin yeni direktoru təyin edilib.
Dəyişikliyə görə, O, bu vəzifədə Mansur Məmmədovu əvəz edib.
Qeyd edək ki, Bəhruz Nağıyev paralel olaraq “Paşa Bank” ASC-nin Xəzinədarlıq və kapital bazarı Departamentinin direktoru vəzifəsini icra edir.
Xatırladaq ki, Bakı Fond Birjasında “PAŞA Kapital” dövriyyəsinin həcminə görə 4,756 milyard manatdan çox olmaqla ikinci yerdə durur.
©Turan İnformasiya Agentliyi