Bu gecə “PAŞA Bank” ASC-nin əməliyyat sistemində 3 saatlıq fasilə yarana bilər.
Bu barədə Bankın müştərilərinə ünvanladığı xəbərdarlıqda bildirilir.
“PAŞA Bank” bəyan edib ki, saat 02:00-dan 05:00-a qədər aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar bütün növ plastika kartlarla bankomat və POS-terminallarda, eləcə də onlayn rejimdə aparılacaq əməliyyatlar baş tutmaya bilər.