12 C
Baku
Thursday, March 28, 2024

“PAŞA Bank”ın bölüşdürülməmiş mənfəəti 76 mln. manatı ötdü

“PAŞA Bank” ASC cari ilin ilk 3 ayı ərzində xalis mənfəətlə bölüşdürülməmiş mənfəətin həcmini bir qədər də artırıb.

Banker.az xəbər verir ki, bu barədə ASC-nin 2018-ci ilin I rübü üçün tərtib etdiyi maliyyə hesabatında deyilir.

Bank ilin ilk rübü ərzində 40,31 mln cəmi faiz gəlirləri və 6,79 qeyri-faiz gəliri əldə etməklə ümümilikdə 47,1 mln. manat gəlir əldə edib. Cəmi gəlirləri ötən ilin analoji dövrü ilə müqyisədə 33% az olsa da, xərclərini azalda bilib. Bankın faiz xərcləri 8,52 mln manat, qeyri-faiz xərcləri 16,75 mln manat təşkil edib ki bu da ötən iin ilk 3 ayı ilə müqayisədə az olması deməkdir.

“PAŞA Bank”ın cəmi  faiz gəlirlərinin 35%-ni aktivlər üzrə dəyərsizləşmə üçün ehtiyatlara ayırıb və ümümi gəlirləri xərclərini qarşılamaqla yanaşı rübü 6,53 mln. manatdan çox xalis mənfəətlə bitirib.

Balansı böyüdü

“PAŞA Bank”ın aktivlərindəki artım temp davam etməkdədir. Belə ki, bu ilin 1 yanvar göstəriciləri ilə müqyisədə cəmi aktivləri 156 mln manat böyüməklə 3 mlrd 707,84 mln manat təşkil edib. Bunun da 977,87 mln. manatı müştərilərə verilmiş kreditlərdir.

Aktivlərlə yanaşı cəmi öhdəlikləri də 3 ay ərzində 149,65 mln manat artaraq 3 mlrd 298,73 mln manat təşkil edib. Öhdəliklərinin 2 mlrd 976,01 mln manatı müştərilər qarşısındakı öhdəlikdir.

Cəmi kapitalı artaraq 409,12 mln manat təşkil edib ki, bunun 333 mln manatı səhmdar kapitalı, 76,36 mln manatı isə bölüşdürülməmiş mənfəətdir. Qeyd edək ki, ötən ilin analoji dövründə bu rəqəm 93,41 mln. manat idi.

Bildirək ki, hazırda  bankın məcmu kapitalı 414,26 mln manat həcmindədir.

Xatırladaq ki, “PAŞA Bank” ASC-nin səhmlərinin 60%-i “PASHA Holding” MMC, 30%-i Ador Ltd və 10%-i fiziki şəxs olan Arif Paşayevə məxsudur.

Son xəbərlər
Digər xəbərlər