9 C
Baku
Thursday, December 12, 2024

“PAŞA Bank”ın dəstəyi ilə “Bankçılıqda fırıldaqçılığın identifikasiyası, qarşının alınması və aşkarlanması” vebinarı keçirilib

®Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”, beynəlxalq təcrübələri daha da əlçatan etməyə davam edir. Belə ki, “PAŞA Bank”ın təşəbbüsü ilə “Bankçılıqda fırıldaqçılığın identifikasiyası, qarşının alınması və aşkarlanması” vebinarı təşkil olunub.

25 aprel tarixində baş tutan bu vebinar Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun və “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu”nun üzvlərinin, eləcə də digər bankların nümayəndələrinin iştirakı ilə keçib.

Vebinarda “PwC Türkiye”, “Akbank”, “Garanti Bank”ın nümayəndələri tərəfindən rəqəmsal fırıldaqçılıq trendləri, fırıldaqçılığın qarşısının alınması və aşkarlanması strategiyası, fırıldaqçılıq üzrə təşkilatlanma və idarəetmə, analitik yanaşmalar, fırıldaqçılığın qarşısının alınması və müəyyən edilməsi alətləri və texnologiyaları mövzuları ətrafında müzakirələr aparılıb.

Beləliklə də, vebinarın keçirilməsində əsas məqsəd iştirakçılarla xarici dələduzluq əməliyyatlarının idarə edilməsi strukturunun və proseslərinin qurulması, eləcə də sistemlərin idarə edilməsi kimi mühüm məsələlərdə beynəlxalq təcrübələri bölüşmək olub.

“PAŞA Bank” tərəfindən bu istiqamətdə keçirilən tədbirlərin davamlılığının təmin olunması nəzərdə tutulub.

Məlumat üçün qeyd edək ki, “PAŞA Bank” dələduzluğa qarşı mübarizə üzrə müasir sistem və platformaları tətbiq etməkdədir. Bankda rəqəmsal kanallar vasitəsilə müştərilərə göstərilən xidmətlərin təhlükəsizliyinin yoxlanılması və bоşluqların müəyyən edilməsi üçün daim müdaxilə testləri keçirilir və bu xidmətlərin təhlükəsizlik səviyyələrinə əminlik artırılır.

Son xəbərlər
Digər xəbərlər