10 C
Baku
Wednesday, December 11, 2024

Paşa Bankın gənc sədri Taleh Kazımov kimdir?

Banker.az saytı  “Məşhur maliyyə simaları” rubrikasında bu dəfə ölkənin maliyyəçilərindən biri olan, Paşa Bankın İdarə Heyətinin sədri Taleh Kazımov  haqqında məlumatları sizinlə paylaşır. Ölkənin ən böyük banklarından biri olan PAŞA Bankın İdarə Heyətinin üzvü vəzifəsində çalışan Taleh Kazımovun Bankın İdarə Heyətinin sədri vəzifəsinə keçiriləcəyi artıq məlum idi. Taleh Kazımov  11 sentyabr 1983-cü ildə anadan olub.

Təhsili

T.Kazımov Azərbaycan Texniki Universitetinin “Avtomatika və hesablama texnikası” fakültəsinin bakalavr pilləsini bitirmiş, daha sonra isə Azərbaycan Dövlət Neft Akademiyasında MBA dərəcəsi və Georgia State University-də kommersiya üzrə dərəcə almışdır.

Həmçinin, 2013 ildə T.Kazımov London Business School (Böyük Britaniya) və Harvard Business School (ABŞ) məzunu olmuşdur.

Karyerası

Peşəkar fəaliyyətə 2001-ci ildən başlamışdır. 02.2004-cü ildən 09.2006-cı ilədək davam edən dövrdə “Bank Standard” QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Xəzinədarlıq departamentinin aparıcı mütəxəssisi, İdarəetmə uçotu və büdcə planlaşdırılması istiqamətinin rəhbəri, Korporativ kreditləşmə istiqamətinin direktor müavini vəzifələrində işləmişdir. 09.2006-cı ildən 01.2007-ci ilədək “Ernst & Young” şirkətində auditor vəzifəsini tutmuşdur. 01.2007-ci ildən 07.2007-ci ilədək “FinEko” İAA-nın Baş direktoru vəzifəsini tutmuşdur.

07.2007-ci ildən Taleh Kazımov “PAŞA Bank”-da Risklərin İdarəedilməsi Departamentinin meneceri vəzifəsində işləməyə başlamışdır, 08.2009-ci ildən isə Bankın Xəzinədarlıq Departamentinin direktoru vəzifəsini tutur. Taleh Kazımov 07.12.2011-ci ildən “PAŞA Bank”-ın İdarə Heyətinin üzvü seçilmişdir. Hal-hazırda korporativ və biznes-bankinq istiqamətləri, investisiya bloku, ticarət maliyyələşdirməsi, maliyyə institutları və kredit menecmenti sahələri onun kurasiyasındadır.

Artıq 8 ildir ki, Paşa Bankda çalışan Taleh Kazımov 1 iyul 2015-ci il tarixindən etibarən Bankın İdarə Heyətinin sədri vəzifəsinin icrasına başlayacaq.

Son xəbərlər
Digər xəbərlər