10 C
Baku
Wednesday, December 11, 2024

PAŞA Bankın işçi sayı açıqlandı

“PAŞA Bank” ASC-nin 2023-cü ildə işçilərinin sayı 1262 nəfərə yüksəlib.

Banker.az xəbər verir ki, bunu bankın İdarə Heyətinin sədri Cavid Quliyev 2023-cü il üzrə maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.

Bank sədri bildirib ki, 401 nəfər işə qəbul edilib.

İlin əvvəlində bu rəqəm 1150 nəfər olmuşdu. 2023-cü il ərzində 42 nəfəri yay təcrübəsində iştirak edib və bunlardan 24-ü işə qəbul edilib.

Bankın işə qəbul olunmuş işçilərinin sayında kişilərin payı 56 faiz, qadınların payı isə 44 faiz olub.

İşə qəbulun 29 faiz-i daxili mənbə hesabına olub.

Bank işçilərinin orta yaşı 31 olmaqla ölkə bazarında ən cavan işçi heyətinə sahib olan bank siyahısındadır.

Son xəbərlər
Digər xəbərlər