7 C
Baku
Sunday, January 12, 2025

“PAŞA Bank”ın rəhbərliyinə təyinat olub

Corc Haimari Cozef (Georges Haimari Joseph) “PAŞA Bank” ASC-nin Müşahidə Şurasına üzv seçilib.

Banker.az-ın əldə etdiyi məlumata əsasən, o bu vəzifənin icrasına 28 noyabr 2024-cü il tarixindən başlayıb.

Corc Haimari Dubayda fəaliyyətdə olan “Boubyan Bank Group”da fintex üzrə baş icraçı direktordur.

Xatırladaq ki, “PAŞA Bank” ASC 2007-ci ildə yaradılıb, 354.51 mln manat nizamnamə kapitalı var. Bank ölkədə aktivlərinə görə üçüncü ən iri bankdır.

Son xəbərlər
Digər xəbərlər