Martın 18-də, saat 10:30-da “PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası”nın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Yığıncaq Bankın yerləşdiyi İstanbul şəhəri, Kağızxana rayonu, Sultan Səlim Məhəlləsi, Hümeyra küçəsi, 2/7 ünvanında olacaq.
Yığıncağın gündəliyinə Bankın 2020-ci üzrə maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin bölüşdürülməsi, İdarə Heyəti üzvlərinin iştirak və əmək haqlarının müəyyənləşdirilməsi, müstəqil auditorun seçilməsi, işçilərə ödənilən və ödəniləcək mükafat barədə Baş Ofisə məlumat verilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “PAŞA Yatırım Bankası” 2015-ci ildə “PAŞA Bank”ın Türkiyənin “Aksoy Holdinq”inə məxsus “TAİB Bank”ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (130 milyon manat). Bankın səhmlərinin 50,96%-i “PAŞA Bank”a, 49%-i Bankın daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 0,04%-i isə “Aksoy Holdinq”ə məxsusdur.