6 C
Baku
Sunday, December 15, 2024

“PAŞA Bank”ın yeni filialının açılışı olub

Ölkənin aparıcı banklarından biri PAŞA Bankın Bakıda yeni “Landmark” şöbəsinin açılış mərasimi baş tutmuşdur.

Açılış mərasimində çıxış edən PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş Əməliyyat inzibatçısı Cəlal Orucovun qeyd etdiyi kimi, bu vaxtdan etibarən Bankın bütün filial və şöbələrində müştərilərə universal bank xidmətləri göstəriləcək.

“Müştərilərimizin istəklərini nəzərə alaraq, həm yeni şöbəmizdə, həm hazırda fəaliyyət göstərən filiallarda korporativ sektor və kiçik və orta sahibkarlıq nümayəndələri, eləcə də PAŞA Bankın əməkhaqqı kart sahibləri olan fiziki şəxslərə xidmət göstəriləcək. Bankın bütün filial və şöbələrində olduğu kimi “Landmark” şöbəsində də müştərilərimizin hər birinə fərdi yanaşma göstəriləcək”, – deyə C. Orucov qeyd etmişdir.

Qeyd edək ki, yeni şöbənin istifadəyə verilməsi çərçivəsində PAŞA Bankın “Port Baku” filialının fəaliyyətinin formatı dəyişdiriləcək. Operativliyin daha da gücləndirilməsi və göstərilən xidmətin keyfiyyətinin artırılması çərçivəsində bu filialda xidmət ilə təmin olunan korporativ müştərilərə “Landmark” şöbəsində xidmət göstəriləcək. Bankın “Port Baku” filialında Private Banking müştərilərinə, eləcə də PAŞA Bank əməkhaqqı kartlarına sahib olan fiziki şəxslərə xidmət göstəriləcək.

PAŞA Bankın yeni şöbəsi Nizami küçəsi, 96E ünvanında, “Landmark I” biznes mərkəzində yerləşir.

Son xəbərlər
Digər xəbərlər