“PAŞA Həyat” Sığorta Şirkəti ASC-nin ümumi gəlirləri 2025-ci ilin 3-cü rübündə təxminən 528 mln manat olub. Bu, əvvəlki ilin analoji dövründəki 443 mln manatla müqayisədə 19% artım deməkdir.
Banker.az xəbər verir ki, bu barədə həyat sığortaçısının hesabatında bildirilir.
Əsas əməliyyat gəlirləri 463 mln manatdan 532 mln manata yüksəlib, artım təxminən 15% təşkil edir. İnvestisiya gəlirləri isə 33 mln manatdan 38 mln manata qalxaraq 15% artım göstərib.
Xalis sığorta ehtiyatlarının dəyişməsi əvvəlki ilə nisbətən şirkətin nəticələrinə təqribən 11 mln manat daha az mənfi təsir göstərib.
Ümumi xərclər 384 mln manatdan 476 mln manata yüksəlib və 24% artım qeydə alınıb. Əsas əməliyyat xərclərində təxminən 26%, işlərin aparılması xərclərində isə 7% artım müşahidə olunur.
Nəticədə “PAŞA Həyat”ın xalis mənfəət 40 mln manata təşkil edib və bu illik 14% azalmadır. Şirkət mənfəətindən dövlətə ilk üç rübdə 11.4 mln manata vergi ödəyib.
Sığorta haqlarının ümumi həcmi 2025-ci ilin 3-cü rübü üzrə təxminən 531 mln manat olub. Bu, əvvəlki ilin 462 mln manatlıq göstəricisindən 15% daha yüksəkdir.
“PAŞA Həyat” sığorta ödənişləri isə ciddi artım göstərib — 317 mln manatdan 427 mln manata, yəni təxminən 35% yüksəlib. Artım əsasən həyat sığortası üzrə ödənişlərin çoxalması ilə bağlıdır.
Şirkətin ümumi investisiya portfeli 690 mln manatdan 657 mln manata enib, bu da təxminən 5% azalma deməkdir.
Portfel strukturunda mühüm dəyişikliklər müşahidə olunur:
- Dövlət istiqrazları – 412 mln manata (illik: 23% azalma).
- Qeyri-dövlət istiqrazları – 121 mln manata (157% artım).
- Depozitlər —112 mln manata (14% artım).







