“PAŞA Həyat Sığorta” şirkəti cari ilin sentyabr ayı üzrə verilən sığorta ödənişlərinin həcmini açıqlayıb.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, bu ilin sentyabr ayında 4 sığorta hadisəsi üzrə ümumilkdə 76,186 min manat həcmində sığorta ödənişi həyata keçirilib.
Baş vermiş sığorta hadisələri nəticəsində xəsarət alanlara 32,303 min manat (müvafiq olaraq 30,149 min manat, 2,154 min manat), vəfat etmiş şəxslərin ailəsinə isə 43,883 min manat (müvafiq olaraq 26,105 min manat, 17,778 min manat) həcmində sığorta ödənişi verilib.
Qeyd edək ki, sığorta hadisələri üzrə verilən ödənişlərin hamısı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası növü üzrə həyata keçirilib.
Xatırladaq ki, cari ilin əvvəlindən indiyədək “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən 1,484 mln. manat həcmində sığorta ödənişi həyata keçirilib ki, bunun da təxminən 15,6%-i və ya 231,014 min manatı icbari sığorta növlərinin payına düşüb.