5 C
Baku
Monday, December 16, 2024

“PAŞA Həyat Sığorta” ASC müddətsiz lisenziya alıb

Azərbaycanın həyat sığortası bazarının lideri “PAŞA Həyat Sığorta” ASC sığorta fəaliyyətinin aparılmasına müddətsiz lisenziya alıb.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətinin verdiyi məlumata görə, yeni müddətsiz lisenziya əvvəllər 5 il müddətinə verilmiş lisenziyanın fəaliyyət müddətinin başa çatması ilə əlaqədar yenilənib. Müddətsiz lisenziya yeni qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən verilib.

“PAŞA Həyat Sığorta” ASC 24 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14 fevral 2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsində xidmətlərin həyata keçirilməsi üzrə fəaliyyətə başlayıb.

Son xəbərlər
Digər xəbərlər