Azərbaycanın aparıcı həyat sığortası şirkəti “PAŞA Həyat Sığorta” kapitalını ciddi surətdə artırır. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (QKDK) istinadən məlumatına əsasən, fevralın 3-də QKDK tərəfindən “PAŞA Həyat Sığorta” ASC-nin nominal dəyəri 5750 manat olan 7000 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı dövlət qeydiyyatına alınmışdır.
Səhmlər “PAŞA Həyat Sığorta”nın nominal dəyəri 3 600 manat olan 7 000 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək. Nəticədə şirkətin kapitalı indiki 25,2 mln. manatdan 40,25 mln. manata qalxacaq.
Fins.az