“PAŞA Həyat Sığorta” ASC-nin 2024-cü ilin maliyyə nəticələrinə əsasən, şirkət ötən ili 60.4 milyon manat xalis mənfəətlə başa vurub. Sığorta şirkətinin 2023-cü ildəki mənfəəti 62.8 milyon manat olmuşdu.
Banker.az xəbər verir ki, bu barədə şirkətin audit hesabatında qeyd edilir.
Bununla belə, şirkətin ümumi gəlirləri 40.3% artaraq 578.7 milyon manata çatıb (2023-cü il: 412.6 milyon manat).
Şirkətin ümumi xərcləri 50.7% artaraq 501.6 milyon manata yüksəlib (2023-cü il: 333 milyon manat). Əsas əməliyyat xərcləri 57.2% artaraq 446 milyon manat, işlərin aparılması xərcləri isə 12.7% artaraq 55.4 milyon manat olub.
Maliyyə mənfəəti 3% azalaraq 77.2 milyon manat təşkil edib. Vergidən əvvəlki mənfəət də eyni rəqəmlə olub, mənfəət vergisi çıxıldıqdan sonra isə xalis mənfəət 3.7% azalaraq 60.4 milyon manat olub.
“PAŞA Həyat Sığorta”nın ümumi aktivləri 15.9% artaraq 819.9 milyon manata çatıb. Şirkətin kapitalı 21.9% artaraq 136.3 milyon manata yüksəlib. Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət 81.1% artaraq 71.6 milyon manata çatıb. Bununla yanaşı, səhmdarına keçən il 36 milyon manat dividend elan edib.