5 C
Baku
Monday, December 16, 2024

“PAŞA Həyat Sığorta”nın rəhbərliyinə yeni təyinatlar

“PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinə yeni üzvlər seçilib.

Rüstəm Məmmədov və Lalə Cəfərova şirkətin İdarə Heyətinin yeni üzvləri təyin edilib.

Məlumatı şirkətdən də təsdiq ediblər.

Belə ki, R. Məmmədov buna qədər “Avto Azərbaycan” şirkətində İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində, Lalə Cəfərova isə “PAŞA Həyat Sığorta” ASC-nin İnsan resursları, hüquq və informasiya texnologiyaları departamentinin rəhbəri vəzifəsində çalışıb.

Bundan başqa, əvvəllər şirkətin İdarə Heyətinin sədr müavini vəzifəsini tutan Niyaz İsmayılov sədrin birinci müavini, İdarə Heyətinin üzvü olan Dilarə Babayeva isə sədrin müavini təyin ediliblər.

Qeyd edək ki, yeni təyinatlardan sonra İdarə Heyətində 5 nəfər təmsil olunur. Mürsəl Rüstəmov İdarə Heyətinin sədri, Niyaz İsmayılov İdarə Heyəti sədrinin birinci müavini, Dilara Babayeva İdarə Heyətinin sədr müavini, Rüstəm Məmmədov və Lalə Cəfərova İdarə Heyətinin üzvləridir.

APA-Economics

Son xəbərlər
Digər xəbərlər