“PAŞA Həyat” Sığorta Şirkəti ASC-nin İdarə Heyəti sədrinə müşavir təyin edilib.
Banker.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Yusif Qasımov təyin edilib.
Qeyd edək ki, sığorta şirkətinin sədri 2017-ci ilin əvvəlindən Niyaz İsmayılovdur.
Yusif Qasımov bundan öncə “Muğan Bank” ASC, “ABB”, “Italdizain”, “PAŞA Bank” ASC, “Unibank” ASC-də çalışıb. Əsasən sənədli əməliyyatlar, satış, marketinq və agile sahəsi üzrə vəzifələri icra edib.
Xatırladaq ki, “PAŞA Həyat Sığorta” ASC 2010-cu ildə yaradılıb, Maliyyə Nazirliyinin 2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir. Onun 40.25 mln. manatlıq nizamnamə kapitalı “PASHA Holding” MMC-yə aiddir.