10 C
Baku
Thursday, December 12, 2024

PAŞA Holding-in tələbələr üçün təşkil etdiyi “Əlaçı” təqaüd proqramının bağlanış tədbiri baş tutub – FOTO

PAŞA Holding-in tələbələr üçün təşkil etdiyi “Əlaçı” təqaüd proqramının bağlanış tədbiri baş tutub. Belə ki, 2022-ci ildə gənc nəslin peşəkar inkişafına önəm verən və bu istiqamətdə müxtəlif layihələr həyata keçirən PAŞA Holding öz KSM fəaliyyəti çərçivəsində “Əlaçı” proqramını tədqim etmişdir.

“Əlaçı” proqramı 3-cü və 4-cü kurs bakalavr tələbələrini əhatə edən və tələbələrin aylıq təqaüdlə təltif edilməsini nəzərdə tutan bir illik təqaüd proqramıdır. 2023-2024-cü tədris ilini əhatə edən və beləcə artıq ikinci dəfə təşkil olunan “Əlaçı” proqramı çərçivəsində tələbələr üçün onların peşəkar və fərdi inkişafına yönəlmiş tədbir və təlimlər təşkil olunur.

Qeyd edək ki, proqrama müraciət edən tələbələrin ümumi sayı 2100-dən çox, proqrama seçilən tələbələrin sayı isə 110 nəfər təşkil etmişdir. Layihə müddətində 3 aylıq şəxsi inkişaf marafonu, oflayn təlimlər, fərdi mentor dəstəyi, karyera simulyasiyası, netvörkinq görüşləri və PAŞA Holding, PAŞA Sığorta və PAŞA Technology şirkətlərindən olan mütəxəssislərlə görüşlər də təşkil edilib. Bu tədbirlər tələbələrin həm yumşaq bacarıqlarının inkişafı, həm də karyera inkişafını əhatə edib.

Onu da qeyd edək ki, cari proqram müddətində “Əlaçı”lar üçün Sığortaçı məktəbi də təşkil edilib ki, bu məktəbə 20 tələbə seçilərək sığorta ilə bağlı təlimlərdə iştirak ediblər. Bundan əlavə, ümumi layihə müddətində 20-yə yaxın Əlaçı tələbəsi PAŞA qrupda iş fəaliyyətinə başlayıb.

1 9 scaled 2 10 scaled 3 9 scaled 4 4 scaled

Son xəbərlər
Digər xəbərlər