®Təlimin məqsədi ölkədə fəaliyyət göstərən fermərlərlə təcrübə mübadiləsi keçirmək, eləcə də onlara fəaliyyətlərində dəstək göstərməkdir.
Belə ki, Agro Dairy üçün ənənə halını almış, artıq 5-ci dəfə keçirilən Kənd Təsərrüfatı təlimlərində şirkətin mütəxəssisləri fermerlər, aqronomlar, tələbələr, taxıl toxumçuluğu, taxıl emalı, heyvandarlıq ilə məşğul olan və bu sahələrə maraq göstərən şəxslərlə öz bilik və təcrübələrini bölüşürlər. Öncəki təlimlərdən fərqli olaraq bu il keçirilən təlimlərdə yalnız toxumçuluq sahəsi deyil, taxıl emalı və heyvandarlıq, həmçinin, aqrobiznesin idarəolunması sahələri üzrə də təlim mövzuları müəyyən edilib.
Qeyd edək ki, təlimlər 22, 23, 24, 26, 30 aprel, 1, 6, 7, 8 may tarixləri olmaqla 9 gün, “Agro Dairy” MMC-nin Hacıqabul təsərrüfatında keçirilməkdədir.