15 C
Baku
Wednesday, May 15, 2024

PAŞA Holding tərəfindən Future Shapers inkişaf proqramının açılış tədbiri təşkil edilib

®27 aprel 2024-cü il tarixində Future Shapers proqramının açılış tədbiri baş tutub. Proqram istedadlı universitet tələbələrini və yeni məzunları aşkar etmək, onların inkişafına töhfə vermək, eləcə də gənclərə bazarda yaranan yeni rollar barədə məlumat vermək məqsədini daşıyır.

Future Shapers-ın bu ilki əsas müvzuları Kiber Təhlükəsizlik, İnnovasiya, Məhsul Mədəniyyəti, Data və Analitika mövzularıdır ki, tədbir zamanı bu mövzuları əhatə edən bilik sessiyaları da həyata keçirilib. Tədbir zamanı, spiker qismində PAŞA Holding-in və digər qurumların rəhbər şəxsləri öz təcrübələrini paylaşıb, texniki va rəqəmsal bacarıqlar sahəsində baş verən yeniliklər və fürsətlər barədə məlumat veriblər. Bununla yanaşı, tədbirdə PAŞA Holding və onun törəmə şirkətlərinin nümayəndələri iştirakçılara PAŞA Qrupun baxışı, karyera və inkişaf imkanları barədə məlumat verib, bazarda yaranan yeni rollar barədə bəhs ediblər.

Növbəti mərhələ olaraq iştirakçıları qabiliyyət imtahanı, eləcə də müasir dövrdə tələb olunan bacarıqların inkişafı üzrə biznes simulyasiyalar gözləyir. Uğurlu nəticə təqdim edən şəxslər PAŞA Qrup şirkətlərinin istedadlar siyahısına da daxil ola biləcəklər.

Qeyd edək ki, proqram PAŞA Holding-in Öyrənmə və İnkişaf mərkəzi olan PAŞA Hub tərəfindən təşkil olunur. PAŞA Hub yalnız PAŞA Qrup şirkətlərinin əməkdaşlarının inkişafına yönəlmiş deyil, eyni zamanda ölkəmizin gənc kadrlarının inkişafına yönəlmiş proqramların təşkilini nəzərdə tutur.

1362 scaled 3582 scaled 3585 scaled 3586 scaled 3589 scaled 3593 scaled 3600 scaled

Son xəbərlər
 ⁠
Digər xəbərlər