17 C
Baku
Friday, May 3, 2024

“PAŞA Holding”də təyinat olub

“PAŞA Holding” MMC-nin Ekosistem üzrə yeni aparat rəhbəri təyin edilib.

Banker.az xəbər verir ki, bu vəzifəyə Ruslan Məmmədov təyin edilib.

R.Məmmədov bundan öncə “PAŞA Holding” MMC-nin Qrup üzrə Risklərin idarəedilməsi Departamentində Risk meneceri vəzifəsində çalışıb. O, həmçinin “Kapital Bank” ASC-də Böyük Kredit Komitəsinin sədri vəzifəsini icra edir və Risklərin İdarə Edilməsi Komitəsinin üzvüdür.

Qeyd edək ki, “PAŞA Holding” MMC-nin riteyl ekosisteminə Kapital Bank, “PashaPay” MMC (MilliÖn) və “Competo” MMC (Umico) şirkətləri daxildir. Ekosisteminin baş icraçı direktoru Fərid Məmmədovdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər