5 C
Baku
Saturday, December 14, 2024

PAŞA Kapital İnvestisiya şirkəti “Bank Respublika” ASC-nin 10 milyon manatlıq istiqraz buraxılışını həyata keçirəcək

16 dekabr 2021-ci il tarixində  PAŞA Kapital şirkəti növbəti istiqraz emissiyasını həyata keçirəcəkdir.

“Bank Respublika” istiqrazları, hər birinin nominal dəyəri 1 000 manat olmaqla 10 000 ədəd satışa çıxarılacaq. İllik faiz dərəcəsi 8,5% olmaqla rəqabətli  hərrac üsulu  ilə Bakı Fond Birjasında təklif olunacaq istiqrazlar üzrə faiz ödənişləri 2 il müddətində hər 6 aydan bir ödəniləcəkdir. Buraxılışın anderrayteri PAŞA Kapital İnvestisiya Şirkəti QSC-dir. Hərracda iştirak etmək istəyən investorlar 15 dekabr 2021-ci il tarixi günün sonuna qədər sifarişlərini PAŞA Kapital İnvestisiya Şirkəti QSC-ə təqdim edə bilərlər.

Müraciət üçün: +994 12 493 33 66

+994 55 226 33 66

Son xəbərlər
Digər xəbərlər