10 C
Baku
Thursday, December 12, 2024

PAŞA Kapital İnvestisiya Şirkəti “Silk Vey Vest Aviaşirkəti”nin 10 milyon dollarlıq növbəti istiqraz buraxılışını həyata keçirəcək

PAŞA Kapital İnvestisiya Şirkəti tərəfindən 27 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında Silk Vey Vest Aviaşirkəti MMC-nin ikinci tranş faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazları yerləşdiriləcəkdir. Təklif edilən istiqrazların hər birinin nominal dəyəri 1 000 ABŞ dolları, ümumi həcmi 10 000 000 ABŞ dolları, tədavül müddəti 3 il, illik faiz dərəcəsi 5 faiz təşkil edir. İstiqrazlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcəkdir. Hərracda iştirak etmək istəyən investorlar PAŞA Kapital İnvestisiya Şirkəti QSC-ə müraciət edə bilər.

Xatırladaq ki, Silk Vey Vest Aviaşirkəti MMC-nin birinci tranş üzrə istiqrazlarına tələbat təklifdən artıq olmuş və hərracın nəticələrə görə istiqrazlar üzrə ortalama gəlirlilik 4,88 faiz, kəsmə gəlirlilik isə 5 faiz təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər